İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib

İranda etiraz aksiyalarında 40 xarici vətəndaş həbs edilib

İranda hökumət əleyhinə etiraz aksiyaları zamanı 40-dan çox xarici ölkə vətəndaşı həbs edilib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri İranın Məhkəmə Sisteminin rəsmi nümayəndəsi Məsud Setayeşi açıqlayıb.

Onun sözlərinə görə, saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir. Lakin onlar haqqında məlumatlar açıqlanmayıb.

Xatırladaq ki, İran mediası oktyabrın 20-də keçirilən nümayişlər zamanı 14 xarici vətəndaşın, o cümlədən Amerika, Britaniya, Fransa və Əfqanıstan vətəndaşlarının həbs edildiyini açıqlayıb.

Fransanın xarici işlər naziri Ketrin Kolonna isə noyabrın 12-də verdiyi açıqlamada İranda 7 Fransa vətəndaşının həbs edildiyini bildirib.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə