İnsanlardan incidi, 32 il meşədə yaşadı

İnsanlardan incidi, 32 il meşədə yaşadı

Almaniyanın Longkamp şəhərində bir meşədə məskunlaşan şəxs o vaxtdan 32 ildi işıqsız və susuz yaşayır. SİA xarici mətbuata istinadən xəbər verir ki, 32 il əvvəl insanlardan qaçaraq Qərbi Almaniyanın Longkamp şəhərində bir meşədə məskunlaşan məşhur 56 yaşlı Fridmunt Sonnemannı ilk dəfə görənlər heyrətlənir.

Yaxınlıqdakı mənbədən içməli su əldə edən Friedmunt Sonnemann yağış suyunu saxlamaqla yemək bişirmək və yumaq üçün istifadə edir. Gün ərzində bitkilərə qulluq edən Sonnemann qida olaraq daha çox düyü və əriştə istehlak edir.

Aytac Xəlilova

Bütün xəbərlər Facebook səhifəmizdə