Tailandda polis binasına bombalı hücum olub

Tailandda polis binasına bombalı hücum olub

Tailandın Narathivat əyalətində polis idarəsinin qarşısında açıq dayanacaqda partlayıcı yerləşdirilmiş avtomobil partladılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbər görə, hadisə nəticəsində bir polis məmuru ölüb, 29 nəfər yaralanıb.

Terror aktı olduğu ehtimal edilən partlayışdan sonra hadisə yerinə gələn yanğınsöndürmə briqadası təxminən yarım saat ərzində yanğını nəzarətə götürüb.

Hücumdan sonra ikinci partlayışın baş vermə ehtimalına qarşı iqamətgahının ətrafı mülki nəqliyyat üçün bağlanıb. Partlayışla bağlı araşdırmalar davam edir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə