Noyabrın 15-16-da Bali adasında dünyanın 20 ən böyük iqtisadiyyatı olan G20 sammitinə ev sahibliyi edən İndoneziyada dünən 5,6 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Geoloji Xidməti yerli vaxtla saat 13:21-də Yava adasındakı Cirancang şəhərindən 18 km cənub-qərbdə baş verən zəlzələnin 10 km dərinlikdə qeydə alındığını açıqlayıb.
162 olaraq açıqlanan can itkisinin arta biləcəyini bildirən səlahiyyətlilər, ən az 326 nəfərin yaralandığını bildirib. Paytaxt Cakartada episentrdən 100 km aralıda bir neçə saniyəlik silkələnməyə səbəb olduğu qeyd edilən zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib. Zirvənin keçirildiyi Bali adası zəlzələnin episentrindən təxminən 900 km aralıdadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB