ABŞ-da 700 kinoteatrda yunan təbliğatı

ABŞ-da 700 kinoteatrda yunan təbliğatı

Yunanıstan İzmirin azad edilməsinin 100-cü ildönümündə ABŞ-da Türkiyə əleyhinə təbliğat aparmağa hazırlaşır. "Smyrna" (Sevgili İzmirim) adlı yunan tezisləri ilə çəkilən film dekabrın 8-də bir gecəlik ABŞ-da 700 kinoteatrda nümayiş etdiriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Yunanıstanın işğalına qarşı müharibə zamanı Türkiyəni İzmirdə yunanlara və ermənilərə qarşı soyqırım törətməkdə günahlandıran “Smyrna” (“Sevgili İzmirim”) Yunanıstanda çəkilmiş ən yüksək büdcəli istehsal filmi kimi göstərilir.

Yunanların “Kiçik Asiya fəlakəti” adlandırdıqları Anadolunun yunan işğalından azad edilməsinin 100-cü ildönümü münasibətilə çəkilən filmin ilk premyerası noyabrın 29-da Nyu York Birləşmiş Millətlər Təşkilatının Yunanıstan Daimi Nümayəndəliyinin himayəsi altında Böyükşəhər İncəsənət Muzeyində keçiriləcək. Film həmçinin 2023-cü il yanvarın 11-də Brüsseldə Avropa Parlamentində nümayiş etdiriləcək.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə