Rusiya ordusu Xersonun işğalı dövründə ölən rusiyalı hərbçilərin cəsədlərini zibillik ərazidə yandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı hərbçilər bu məqsəd üçün şəhərin kənar hissəsində yerləşən zibillik ərazini seçib.
Yerli sakinlərin sözlərinə görə, rusiyalı hərbçilərin yük avtomobilləri ilə qara torbalarda nə isə gətirdiyini, daha sonradan isə onları yandırdıqlarını görüblər.
Sakinlər rusiyalı hərbçilərin onları həmin əraziyə yaxınlaşmağa icazə vermədiklərini də qeyd ediblər.
Lakin məlumatı yayan nəşr sözügedən məlumatları rəsmi olaraq təsdiq edə bilmədiyini vurğulayıb.
Buna baxmayaraq, nəşr sözügedən ərazidə hələ də Rusiya bayraqlarının, hərbi geyimlərinin və kaskalarının qalıqlarını görmək mümkün olduğunu da bildirib.
Xatırladaq ki, noyabrın əvvəli Rusiya Xersondan çəkildiyini elan etdikdən sonra Ukrayna qoşunları bölgəyə daxil olub.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB