Çinin Henan əyalətində fabrikdə baş verən güclü yanğın zamanı azı 36 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Çinin CGTN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Anyang şəhərində qeydə alınıb. Yanğın zamanı həmçinin iki nəfərin yaralandığı, daha iki nəfərin itkin düşdüyü bildirilir.
Yanğının başvermə səbəbi açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB