Koronavirusla bağlı yenidən xəbərdarlıq edilib - ÇİNDƏ

Koronavirusla bağlı yenidən xəbərdarlıq edilib - ÇİNDƏ

Çində koronavirusla bağlı yenidən xəbərdarlıq edilib. SİA xarici mediaya istinadən xəbər verir ki, paytaxt Pekində artan COVİD-19 yoluxmaları səbəbindən epidemiyadan qorunma və qarşısının alınması tədbirləri artırılıb.

Şəhərin əksər mərkəzi rayonlarında vətəndaşlara mümkün qədər evdən çox çıxmamaq tövsiyə olunub, eyni zamanda bu gündən etibarən məktəblərdə bir həftəlik onlayn təhsilə başlanılıb. Qeyd edək ki, paytaxtda son 24 saat ərzində 962 xəstəlik əlaməti, 808 özünü göstərməyən hal aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə