Bazar ertəsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində kürd “Demokratik Suriya Qüvvələri”nin döyüşçüləri üçün Amerika təlim mərkəzlərindən birinə hücum edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Beyrutdan yayımlanan “Al Mayadeen” telekanalı məlumat yayıb. Qeyd edək ki, bu mərkəzdə ABŞ-dan olan hərbi təlimatçılar çalışır.
Hücumdan sonra kürd döyüşçüləri və amerikalı mütəxəssislərin sıralarında itkilər barədə məlumat verilmir.
Xatırladaq ki, 2015-ci ildən ABŞ Demokratik Suriya Qüvvələrinə “İslam Dövləti” (Rusiya Federasiyasında qadağan olunmuş İŞİD) terror qruplaşması ilə mübarizədə yardım edir.
Hazırda Suriya ərazisinin 27 faizinə nəzarət edən kürdlər ABŞ komandanlığına ölkənin şimal-şərqində 9 hərbi baza yaratmağa icazə verib. Onlardan dördü Deyr əz-Zordakı neft yataqlarının yaxınlığında, daha beşi Suriyanın çörək səbəti sayılan Hasek əyalətində yerləşir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB