Almanlar rusların "müdafiəsinə qalxıblar"?

Almanlar rusların "müdafiəsinə qalxıblar"?

Almaniyanın Leypsiq və digər şəhərlərində yerli sakinlər Rusiyaya dəstək üçün küçələrə çıxaraq NATO-nun Ukraynaya münasibətinin dəyişdirilməsini tələb ediblər.

SİA bu barədə rus saytlarına istinad edir.

Tədbirdə iştirak edənlərdən birinin yerli nəşrə verdiyi məlumata görə, etirazçılar “NATO-dan gələn hərbçilərin Almaniya ilə Rusiya və Ukrayna arasında münaqişənin qızışdırılmasını dayandırmasını” istəyirlər.

Etirazçılar Almaniyanı ABŞ və NATO-nun maraqlarına xidmət edən marionet adlandırıb və anti-Rusiya sanksiyalarına yenidən baxılmasını istəyiblər, çünki onlar özləri üçün “fəlakətli nəticələrə çevrilib”.

Şərqi Almaniyada artıq bir neçə həftədir ki, hər bazar ertəsi axşam mitinqlər keçirilir. Etirazçılar həmçinin Kiyevə silah tədarükünü dayandırmağa çağırıb və ölkələr arasında sülh danışıqlarına təkid ediblər.

Rus saytlarının yazdığına görə, guya sentyabr ayında Almaniyada genişmiqyaslı sosial etirazların artacağı proqnozlaşdırılmışdı, amma...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə