“Gəlin, boş vaqonlarınıza yiyə durun!”

“Gəlin, boş vaqonlarınıza yiyə durun!”

Finlandiya sanksiyalara görə ölkə ərazisində qalan 800-dən çox vaqonu Rusiya sahiblərinə qaytaracaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Finlandiyanın “Traficom” Nəqliyyat və Rabitə Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Finlandiya Xarici İşlər Nazirliyi noyabrın 15-də müvafiq icazə verib.

Məlumata görə, ikitərəfli dəmir yolu daşımalarında istifadə edilən bir sıra vaqonlar Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara düşdüyü üçün onlar Finlandiyada saxlanılıb.

“Vaqonlqr müstəsna icazə ilə Rusiyaya veriləcək”, - mesajda deyilir.

Qeyd edək ki, “Traficom”un da dediyinə görə, 800-dən çox vaqonun saxlanıb, nəzarət edilməsi xeyli xərc və inzibati resurslar tələb edir.

Bundan əlavə, vaqonların Finlandiyada saxlanılması ölkənin təhlükəsizliyi üçün də risklər yaradır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə