Rusiya qiymət tavanı tətbiq edəcək ölkələrə neft və ya neft məhsulları tədarük etməyi planlaşdırmır. Bu istiqamətlərin əvəzinə Rusiya tədarükləri bazar yönümlü tərəfdaşlara istiqamətləndirəcək və ya hasilatı azaldacaq.
“Rusiya dünya bazarına etibarlı enerji tədarükçüsü statusunu və tərəfdaşlarla münasibətlərimizin bazar statusunu təsdiqləyir. Bu baxımdan, biz neft və neft məhsullarını sonradan istiqamətləndirmə ilə tavan qiymət prinsipini tətbiq edəcək ölkələrə tədarük etməyi planlaşdırmırıq”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.
Novak qeyd edib ki, enerji resursları üçün tavan qiymətlərinin tətbiqi, eləcə də enerji sektorunun siyasiləşdirilməsi yalnız enerji çatışmazlığına və enerji təchizatında problemlərə gətirib çıxara bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB