Pskovdakı Aleksandr Nevski kafedralının ruhanisi, Hərbi Hava Desant Qüvvələrinin 76-cı Hava Desant Hücum Diviziyasının hərbi keşişi Aleksandr Tsıqanov Ukraynada xüsusi əməliyyat zonasında öldürülüb. Təbii ki, su qabı suda sınmalıdır. Məgər keşişin yeri cəbhədirmi?
Nə isə,bu barədə SİA rus saytlarına istinadən xəbər verir.
Beləliklə, Tsıqanovun noyabrın 21-də dünyasını dəyişdiyi bildirilir. O, noyabrın əvvəllərində protokoşist Mixail Vasilyevlə birlikdə atəşə tutularkən yaralanıb. Kanal bildirir ki, keşiş Tsıqanov “rus ordusunun əsgərlərini qidalandırmaq (…maraqlıdır, nə ilə?) üçün bir kahinlik vəzifəsini” yerinə yetirib.
Belə görünür ki, Vasilyev rus ordusunun əsgərlərini yetərincə qidalandıra bilməyib. Çünki o, cəbhəyə gələndən bir müddət sonra noyabrın 6-da öldürülüb.
Xatırladaq ki, o, Strateji Raket Qüvvələrinin qərargahında patriarxal metoxionun rektoru idi. Daha sonra Rusiya prezidenti Vladimir Putin ona ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görülüb
Qeyd edək ki, daha sonra Rusiya prezidenti Vladimir Putin Mixail Vasilyevi ölümündən sonra Rusiya Qəhrəmanı adına layiq görüb. Bəs, Aleksandr Tsıqanov?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB