Ukraynada “Turan” türk batalyonu yaradılıb?

Ukraynada “Turan” türk batalyonu yaradılıb?

Ukraynada “Turan” türk batalyonu meydana gəlib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ruslar “icad” ediblər.

Beləliklə, rusların yazdığına görə, yaradılan “Turan” türk batalyonuna hələ fevralın 24-dən Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak edən Qırğızıstan vətəndaşı Almaz Kudabek oğlu rəhbərlik edir. Yenə də rusların yazdığına görə, o, videomüraciətində Ukraynada “türkdilli xalqların soyqırımı”ndan danışıb.

Qeyd edək ki, daha əvvəl Belarusun İstintaq Komitəsi Ukraynada hərbi əməliyyatlarda iştirak edən “Belarus muzdlularının ekstremist batalyonu”nun yaradıcıları və üzvlərinə qarşı cinayət işi açdığını bildirilmişdi.

İstintaq Komitəsinin məlumatına görə, onlar “qonşu ölkənin silahlı dəstələrinin şovinist ideologiyasının nümunələrinə uyaraq” “Kastus Kalinouski alayı” təşkil ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə