İran dünya çempionatına hücum edərmi?

İran dünya çempionatına hücum edərmi?

İsrailin hərbi kəşfiyyat rəhbəri general-mayor Aharon Xaliva İranın Qətərdə keçirilən futbol üzrə dünya çempionatına hücuma hazırlaşdığı barədə xəbərdarlıq edib.

Tehranı ildırım hücumundan saxlayan yeganə şey dünya çempionatının ev sahiblərinin cavabıdır.

SİA rus saytlarına istinadən xəbərin İsrail mətbuatında yayıldığını bildirir.

Halivanın sözlərinə görə, ümummilli etirazlar “vətəndaş üsyanına” çevrildiyi üçün İran siyasi rejimi böyük təzyiqlərlə üzləşib. Ölənlərin sayı, milli simvollara hücumlar – bu, xüsusilə də sanksiyalar, mövcud beynəlxalq təzyiq və çətin iqtisadi vəziyyətlə birlikdə rejim üçün çox narahatlıq doğurur.

İsrailli general hakimiyyətin ölkə daxilindəki vəziyyətdən çox narahat olduğunu və bunu siyasi nizamın mövcudluğuna təhlükə kimi qiymətləndirdiyini təklif edir. Lakin zabitin sözlərinə görə, hazırda rejimin süqutu ilə bağlı real təhlükə yoxdur.

“Ancaq İrana təzyiq artdıqca ( ...təbii ki, Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar nəzərdə tutulur – A.B.), daxili təzyiqlər də daxil olmaqla, İranın cavabı daha aqressiv olur, ona görə də regionda və dünyada daha aqressiv cavablar gözləməliyik”.

Bunu da israilli general-mayor bildirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri Benni Qantz general-mayor Aharon Xalivanın qənaətləri ilə razılaşıb və əlavə edib ki, Tehran regionda qeyri-sabitliyi genişləndirmək üçün imkanlar axtarır.

...Və “Dünya Kuboku onun qeyri-sabitliyə səbəb olmağa çalışdığı hadisələrdən biri ola bilər”.

Bunu isə israilli müdafiə naziri bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə