Rusiya mənşəli Azərbaycan qazı?

Berlin Rusiya qazının Azərbaycandan alınmasında heç bir ziddiyyət görmür
Rusiya mənşəli Azərbaycan qazı?

Almaniya Avropa İttifaqının Rusiya mənşəli olmasına baxmayaraq, Azərbaycandan qaz almaq planlarında heç bir ziddiyyət görmür,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Almaniya İqtisadiyyat və Xarici İşlər Nazirliyi nümayəndələri bildiriblər.

Qeyd olunur ki, noyabrın 15-dən “Qazprom” Respublika Dövlət Neft Şirkəti (SOCAR) ilə yeni müqaviləyə əsasən Azərbaycana qaz tədarükünü bərpa edib.

“Hazırda bizim Rusiya qazının Avropa İttifaqına idxalına qarşı heç bir sanksiyalarımız yoxdur. Biz Rusiya qazından müstəqil olmağı planlaşdırırdıq. Və faktiki olaraq biz Rusiya qazını idxal etmirik. Amma Avropa İttifaqında ona qarşı heç bir sanksiya yoxdur ki, bunu kömür və neft haqqında söyləmək olmaz”.

Qeyd edək ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

İqtisadiyyat Nazirliyinin nümayəndəsi əlavə edib ki, Rusiya qazı Almaniyaya boru kəmərləri ilə verilmir. Bununla belə, o, Azərbaycandan gələn enerji daşıyıcısının Rusiya mənşəli ola biləcəyini istisna etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə