Stoltenberq Türkiyenin taxıl dəhlizi sazişi ilə bağlı rolu barədə danışıb

Stoltenberq Türkiyenin taxıl dəhlizi sazişi ilə bağlı rolu barədə danışıb

NATO Baş katibi Yens Stoltenberq Türkiyənin beynəlxalq miqyasda təsirinə, İsveç və Finlandiyanın alyansa üzvlük prosesinə münasibət bildirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiye və Prezident Rəcəb Tayyib Ərdoğanın taxıl dəhlizi sazişinin müddətinin uzadılması və dustaq mübadiləsində önəmli rol oynadığını ifadə edən Yens Stoltenberq, İspaniyanın paytaxtı Madriddə Türkiyə, İsveç və Finlandiyanın üçtərəfli müqavilə imzaladığını, həmin çərçivədə Finlandiya və İsveçin üzərlərinə götürdükləri öhdəliklərə sadiq olduqlarını, hər iki ölkənin də terrora qarşı mübarizədə Türkiyə ilə yaxın əməkdaşlıq etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə