Amerikanın “Politico” nəşri Polşanı Avropanın yeni “hərbi supergücü” adlandırıb. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, “Moskovski Komsomolets”in məlumatına görə, “Politico”nun müəllifləri indi Brüsseldən Berlinə qədər Varşavanın Ukrayna raketlərinin onun ərazisinə düşməsindən sonra Moskvaya qarşı ehtiyatsızlıq edə biləcəyindən ehtiyat etdiklərini deyirlər.
...Polşa hazırda ordunu döyüş hazırlığı vəziyyətinə gətirib və hadisələrin inkişafını gözləyir. İndi onu Avropa İttifaqının ən yaxşısı adlandırmaq olar və gələcəkdə Varşava yalnız öz qoşunlarını inkişaf etdirəcək.
Bunun da Amerika nəşri yazır.
Xatırladaq ki, Polşa hakimiyyəti müdafiə xərclərini ÜDM-in 2,4 faizdən 5 faizə qədər artırıb. Onu da qeyd edək ki, bu gün Avropa İttifaqı və NATO-nun digər ölkələri öz qoşunlarına pul xərcləməkdə o qədər də fəal deyillər. Buna misal olaraq, keçən il ÜDM-in 1,5 faizini müdafiəyə xərcləyən və hazırda NATO-nun 2 faizlik hədəfini yerinə yetirib-yetirməyəcəyini müzakirə edən Almaniyanı göstərmək olar.
Məhz elə bəlkə də bunun nəticəsidir ki, hazırda Varşavada artıq Berlindən daha çox tank və haubitsa var və 2035-ci ilə qədər ölkənin daha böyük hərbi qüvvəsi olacaq. Məsələn, bu gün Almaniyadakı hazırkı 170.000 əsgərlə müqayisədə Polşanın 300.000-ə qədər əsgəri var. Amma maraqlıdır ki, Polşanın hərbi gücünün gələcəkdə Avropada siyasi təsirə çevrilib-çevrilməyəcəyi hələ də məlum deyil.
Hazırda Berlin Polşa dövlətini Almaniyanı Rusiyanın təsir zonalarından ayıran bufer kimi görərək Varşavanın müdafiəni gücləndirmək istəklərini dəstəkləyir. ABŞ-da isə bunu digər ölkələr “bütün işləri görərkən” Almaniya hakimiyyətinin kənarda dayanmaq cəhdi kimi qiymətləndirirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB