PKK/YPG Qaziantep vilayətinə raket hücumu edib

PKK/YPG Qaziantep vilayətinə raket hücumu edib

Suriyanın Ayn Əl Ərəb (Kobani) bölgəsində bölücü terror təşkilatı PKK/YPG-yə mənsub terrorçuların Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonuna istiqamətli həyata keçirdikləri raket hücumunda 3 nəfərin həyatını itirdiyi, 10 nəfərin yaralandığı bildirilib.

Suriyanın Ayn Əl Ərəb bölgəsindəki PKK/YPG terrorçuları tərəfindən Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonuna raket zərbəsi endirilib.

Terrorçular tərəfindən atılan raket mərmiləri bir lisey və iki ev ilə Karkamış sərhəd keçid məntəqəsi yaxınlığındakı yük maşınlarından birinin üzərinə düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, əraziyə təhlükəsizlik qüvvələri və təcili yardım maşınları cəlb olunub.

Daxili işlər naziri Süleyman Soylu “Karkamışda hava hücumu nəticəsində 3 vətəndaşımız həyatını itirib. Həyatını itirənlərdən biri müəllim, digəri isə şagirddir. 10 vətəndaşımız yaralanıb” məlumatını paylışıb.

Nazir S.Soylu “Millətimizə bildirmək istərdik ki, dünən həyata keçirilən və terror təşkilatının böyük itki verdiyi əməliyyatdan sonra (İraq və Suriyanın şimalına "Pəncə-Qılınc" antiterror hava əməliyyatı) buna ən sərt şəkildə cavab veriləcək. və lazımi addımlar atılacaq. Terror təşkilatına ölkə daxilində və ölkədən kənar ərazilərdə yaşamaq imkanı verilməyəcəkdir" deyib.

Qeyr edək ki, Qaziantep valisi Davud Gül bölgəyə 5 minaatan mərmisinin düşdüyünü açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə