Qazaxıstanın inkişafı Rusiya Federasiyasının maraqlarına uyğundur və Moskvada "canlı maraq" doğurur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Jurnalistlər Rusiya prezidentinin mətbuat katibindən Qazaxıstan lideri Qasım-Jomart Tokayevin yeni çoxvektorlu xarici siyasət yürütməyin zəruriliyi ilə bağlı bəyanatlarını dəyərləndirməyi xahiş ediblər.
“Qazaxıstan bizim mühüm tərəfdaşımız və müttəfiqimizdir. Təbii ki, orada baş verən hər şey ölkəmizdə böyük maraq doğurur və ən əsaslı şəkildə izlənilir, təhlil edilir. Təbii ki, Qazaxıstanın bir dövlət, iqtisadiyyat kimi inkişafı həm qazaxlıların özlərinin, həm də rusların maraqlarına tam uyğundur”, - deyə Peskov cavab verib.
Xatırladaq ki, bundan əvvəl rus saytlarından birinə açıqlama verən politoloq Dmitri Levi Tokayevin yeni müddət üçün Rusiyaya qarşı siyasətini təsvir edib.
Onun fikrincə, Tokayev çox güman ki, Rusiya ilə ABŞ arasında manevr siyasəti seçəcək və iki dövlət arasında yaranmış gərgin münasibətlərdən sui-istifadə etməyə çalışacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB