ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Twitter” sosial şəbəkəsində blokdan çıxarılan hesabı sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hərçənd, siyasətçinin özü orada yeni paylaşımlar etmək fikrində olmadığını bildirib.
Tramp 8 yanvar 2021-ci ildə hesabının dondurulması nəticəsində 90 izləyicisini itirib. Lakin bərpa olunduqdan saatlar sonra artıq onun səhifəsinə 86 milyon abunəçi yazılıb.
Siyasətçinin səhifəsində artıq bütün əvvəlki paylaşımlar görünür, onları bəyənib şərh yaza bilərsiniz.
Donald Trampın özü isə şəxsi “Truth Social” internet platformasını tərcih edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB