Liviyanın paytaxtı Tripolidə Yunanıstan səfirliyi qarşısında etiraz aksiyası keçirilib. SİA “Anadolu”ya istinadən xəbər verir ki, diplomatik korpus qarşısında toplanan yüzlərlə etirazçı ərəb, ingilis və yunan dillərində “Liviya heç vaxt təslim olmayacaq”, “Dəniz sərhədlərimizi qanımızla qoruyacağıq”, “Liviyalılar sülh istəyir, siz isə müharibə istəyirsiniz”, “ Əlin qana bulaşıb, Dendias”, “Dendias müharibə cinayətkarının müttəfiqidir” yazılmış plakatlar daşıyıb.
Nümayişi təşkilatçılarından olan Məhəmməd Əli “Anadolu” agentliyinə açıqlamasında Yunanıstan Xarici İşlər Naziri Nikos Dendiasın Liviyaya qarşı “əxlaq və diplomatiyaya zidd mövqeyinə etiraz etmək üçün toplandıqlarını” bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB