ABŞ prezidenti Co Bayden 80 illik yubileyini ailəsi ilə birlikdə qeyd edəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
Qeyd olunub ki, dövlət başçısı ənənəyə uyğun olaraq təmtəraqlı şənlik keçirməyəcək.
Xatırladaq ki, Bayden 20 noyabr 1942-ci ildə doğulub. 2021-ci ilin yanvarında isə o, ABŞ prezidenti olub. Eyni zamanda, 1973-2009-cu illərdə senator, 2009-2017-ci illərdə Barak Obamanın dövründə ölkənin vitse-prezidenti vəzifəsini tutub. Bütün müddət ərzində o, heç vaxt ad gününü Ağ Evin divarları arasında qeyd etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB