Moskvada yanğında 5 nəfər ölüb

Moskvada yanğında 5 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın mərkəzində Komsomolskaya meydanında gül anbarında baş verən yanğın nəticəsində 5 nəfər ölüb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

“Saat 23:13-də dağıntıların təhlili zamanı beşinci qurbanın cəsədi tapılıb”, - agentliyə deyib. Eyni zamanda daha bir nəfərin taleyinin məlum olmadığını bildirib.

Qeyd edək ki, Komsomolskaya meydanındakı gül anbarında yanğın yerli vaxtla 15:00 radələrində başlayıb. Xilasedicilər binadan 7 nəfəri təxliyə ediblər. Yanğın nəticəsində birinci və ikinci mərtəbələr arasında tavanlar qismən uçub.

Hazırda yanğın lokallaşdırılaraq söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə