Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 85,52 faiz səslə qalib gəlib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun bazar günü keçirdiyi “exit-poll”un nəticələri sübut edir.
Qeyd edək ki, “Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn marafonda açıqlanan sorğuya əsasən, Tokayev 82,45 faiz səs toplayır.
Sorğunun nəticələrinə görə, Jiquli Dayrabayev 3,33, Meyram Kajıken - 2,23, Karakat Abden - 2,54, Saltanat Tursynbekova - 2,08, Nurlan Auesbaev - 2,17 faiz səs toplayıblar.
Xatırladaq ki, bazar günü Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Dövlət başçısı postuna hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.
Səsvermə günü ümumilikdə 10 mindən çox seçki məntəqəsi, o cümlədən 68-i 53 xarici ölkədə fəaliyyət göstərib. Səsvermə siyahılarına 11,95 milyondan çox qazaxıstanlı daxil edilib.
Qeyd edək ki, respublika əhalisinin ümumi sayı 19,6 milyon nəfərdən çoxdur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB