Rus ordusunu nüfuzdan salmaq olmaz!

Rus ordusunu nüfuzdan salmaq olmaz!

Petrozavodskda yerli sakinə “Vkontakte” sosial şəbəkəsində Rusiya ordusunu dəfələrlə nüfuzdan saldığına görə cinayət işi açılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yerli sakini dostu “ələ verib”.

Qeyd edək ki, hüquq müdafiəçiləri bu işlə məşğul olan şəxsin adını hələ ki, açıqlamır. Onların sözlərinə görə, noyabrın 18-də onun üzərində axtarış aparılıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları Petrozavodsk sakinindən elektron cihazları müsadirə ediblər.

O, dindirilib və hazırda işəridədir.

Qeyd edək ki, əvvəllər həmin şəxs bu sosial şəbəkədə yazdığı yazıya görə “diskreditasiya” maddəsi ilə artıq 30 min rubl cərimə olunub. O, cərimədən apellyasiya şikayəti verib, lakin məhkəmə şikayəti rədd edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə