Kara-Kulda baş verən qəzada 6 nəfər ölüb

Kara-Kulda baş verən qəzada 6 nəfər ölüb

Bişkek-Oş yolunun Kara-Kul şəhərində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 6 nəfər ölüb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Cəlal-Abad Rayon Daxili İşlər İdarəsindən məlumat verilib.

Qəzanın noyabrın 19-da baş verdiyi qeyd olunur. Toqquşma nəticəsində mikroavtobusun sürücüsü və 5 sərnişini həlak olub, daha üç yaralı isə xəstəxanaya yerləşdirilib.

Qəza faktı ilə bağlı cinayət işi başlanıb, hazırda araşdırma aparılır.

Bu arada qırğız saytlarının verdiyi məlumata görə, 2021-ci ilin sonunda Qırğızıstan Respublikasında 7437 yol qəzası qeydə alınıb ki, bu da 2020-ci illə müqayisədə 21,3 faiz çoxdur. Bu qəzalarda 800-ə yaxın insan həlak olduöu da bildirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə