ABŞ Konqresi Çinə qarşı komitə yaratmaq istəyir

ABŞ Konqresi Çinə qarşı komitə yaratmaq istəyir

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Respublikaçılar Partiyasının lideri Kevin Makkarti Nümayəndələr Palatasının spikeri təyin edildikdən sonra Çinə qarşı mübarizə aparmaq üçün komitə yaratmağı planlaşdırır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Fox News”a verdiyi müsahibədə Makkarti Çini əqli mülkiyyət oğurluğunda bir nömrəli ölkə olduğunu deyib.

O, Çinin ABŞ administrasiyasının yanında dayanmasına və Amerikaya etdiklərini etməyə icazə verməyəcəyini bildirib.

Bundan əvvəl Amerika lideri Cozef Bayden Nümayəndələr Palatasında Respublikaçıların lideri Kevin Makkarti partiyanın praymerizlərin nəticələrinə görə mandatların əksəriyyətini alması münasibətilə təbrik edib.

Yerli medianın proqnozlarına görə, Respublikaçılar Nümayəndələr Palatasında 218 yer qazanacaqlar, yəni çoxluq partiyası olacaqlar, Demokratlar isə 208 yerə sahib olacaqlar. Qalan doqquz yerin kimin götürəcəyi isə müəyyənləşir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə