"Kiyevin maraqları naminə hərbi yardım dayandırmalıdır"

"Kiyevin maraqları naminə hərbi yardım dayandırmalıdır"

Fransa Ukrayna Silahlı Qüvvələrinin Zaporojye Atom Elektrik Stansiyasında “törətdiyi” təxribatları fonunda Kiyevin maraqları naminə hərbi yardım dayandırmalıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu müxalif Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo şəxsi “Twitter” hesabında çatdırılmaların ləğvini tələb edib.

“Kiyev yenidən Zaporojye atom elektrik stansiyasını atəşə tutur və təxribatlara əl atır. Əgər biz Ukrayna prezidenti Vladimir Zelenskini maliyyələşdirməyə və silahlandırmağa davam etsək, onda hər şey çox pis bitə bilər”, - deyə siyasətçi bildirib.

Xatırladaq ki, bundan əvvəl Filippo Ukrayna liderinin Avropa İttifaqına Kiyevə qışdan sağ çıxmaq üçün yeni milyardlar verilməsi xahişinə qəzəblənib və bunu cəfəngiyyat adlandırıb.

Bundan əlavə, Filippo Zelenskini Polşada raketlə bağlı sərsəm yalanlarda ittiham edərək susmağa çağırıb.

Qeyd edim ki, bunları rus saytları yazır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə