İran hakimiyyəti Londonda İran səfirliyinin binasına hücumla bağlı Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklifə etiraz edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edək ki, məlumatda hücumun dəqiq nə vaxt baş verdiyi açıqlanmayıb. Şerkliff vəziyyəti Londona bildirəcəyini vəd edib və gələcəkdə belə problemlərin yaranmayacağına ümid etdiyini bildirib.
Bu arada İranın “MEHR” agentliyi bildirir ki, son iki ay ərzində Britaniya səfiri dörd dəfə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Xatırladaq ki, Shercliffe 2021-ci ilin avqustunda Böyük Britaniyanın Tehrandakı səfiri təyin edilib. Bundan əvvəl Britaniyanın MI5 əks-kəşfiyyat xidmətinin rəhbəri Ken Makkallum Tehranın Böyük Britaniyada yaşayan müxalifət üzvlərini qaçırmağı planlaşdırdığını bildirib.
Onun sözlərinə görə, İran xüsusi xidmət orqanları İran hakimiyyətini tənqid edənləri oğurlamaq və hətta öldürmək üçün azı 10 cəhd edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB