Kuba prezidenti Migel Diaz-Kanel özünün “Twitter” səhifəsində Rusiyaya səfəri Moskva və Havana arasında qarşılıqlı faydalı sahələrdə əməkdaşlığın möhkəmlənməsinə kömək edəcəyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kuba rəhbəri etiraf edib ki, Rusiyaya gəlməkdən məmnundur, çünki ölkələr arasında əla siyasi münasibətlər mövcuddur.
Onun sözlərinə görə, səfər tərəflərə qarşılıqlı maraq doğuran sahələrdə mübadilələri gücləndirməyə imkan verəcək.
O, həmçinin Havana üçün son dərəcə vacib olan məsələləri müzakirə etməyi planlaşdırdığını da əlavə edib.
Bundan əlavə, Kuba prezidenti Moskvanın ifadə etdiyi həmrəyliyə və birləşdirən dostluq tellərinə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, Migel Diaz-Kanel Moskvaya şənbə günü, noyabrın 19-da gəlib. Onun Rusiya prezidenti Vladimir Putinlə danışıqları gələn həftənin əvvəlinə planlaşdırılıb. Qeyd edək ki, o noyabrın 22-də o, Kuba inqilabının lideri Fidel Kastronun abidəsinin açılışında iştirak edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB