“Avaralar evi” yanıb, yoxsa yandırılıb?

Bryanskda heyvan sığınacağı yandırılıb, 52 pişik və it ölüb

Rusiyanın Bryansk şəhəri yaxınlığındakı Vernı Put kəndində evsiz heyvanlar üçün yaradılmış sığınacaq yanıb. Yanğın zanmanı 50 pişik və bir itin tüstüdən boğularaq öldüyü bildirilir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda yanğın yerində tədqiqat aparan Fövqəladə Hallar Nazirliyinin və polisin əməkdaşları yanğının təsadüfi olmadığını iddia edirlər.

Qeyd edək ki, “Avaralar evi” adlı şəxsi sığınacaq təqaüdçü polis 56 yaşlı Gennadi Palçikovskiyə məxsus olub. Sığınacaq Palçikovskinin daçasında və şəxsi torpaq sahəsində yerləşirdi. “Kommersant”ın məlumatına görə, yanğın şənbə günü, noyabrın 19-u axşam saatlarında baş verib. İtlərin əksəriyyəti ərazidə qapalı yerlərdə yaşayırdılar, bir it və bir bala istisna olmaqla, qalanları xilas edilib. Evdə yaşayan 50 pişik isə tüstüdən boğularaq ölüblər.

“Avaralar evi” nə kömək edən könüllülərdən biri “Vot so” nəşrinə bildirib ki, qonşular Palçikovskini və onun sığınacağını dəfələrlə hədələyirmişlər. Səbəb isə heyvanların səs-küyü onları narahat edirmiş.

Nəşrin sözlərinə görə, sığınacaq sahibinə əvvəllər də hədə-qorxu dolu gələn zənglər olub, evin darvazasını dayaqlayıblar ki, çıxmasın.

Artıq itlərin hamısı ölməsə də, amma pişiklər öldürüldü! Qeyd edək ki, heyvan hüquqları müdafiəçisi çaşqınlıq içindədir.

Qeyd edək ki, “Avaralar evi” sığınacağı rəsmi statusa malik deyildi. Könüllülər küçədən ora atılmış heyvanları gətirib, müalicə edib, onlara baxıb, onlara yeni sahiblər axtarırdılar. Heyvanların bir çoxu sığınacağa aparılmazdan əvvəl insan vəhşiliklərinə də məruz qalırdılar.

Yeri gəlmişkən, heyvan hüquqları müdafiəçiləri polisə ərizə yazaraq, onun yandırılması ilə bağlı cinayət işinin başlanmasını xahiş ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə