Premyer Liqa klubu “Barselona”nın vingeri Osman Dembele ilə maraqlanır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Çelsi” 25 yaşlı futbolçunu transfer etməyi düşünür. Belə ki, İngiltərə klubu gələn il hücumu gücləndirməyə oyunçu axtarır.
Maraqlıdır ki, Kataloniya mətbuatının yazdığına görə “Barselona”nın özü də Dembele ilə vidalaşmaq istəməzdi. Qeyd edək ki, kataloniyalılar növbəti aylarda Dembele ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağa çalışacaq.
Xatırladaq ki, son transfer pəncərəsində Dembelenin gələcəyi şübhə altında idi. Belə ki, iyulun əvvəlində vinger “Barselona” ilə müqaviləsi başa çatdıqdan sonra azad agent idi. Amma Kataloniya klubunun rəhbərliyi dünya çempionu ilə anlaşdı. Hazırda fransız futbolçu ilə 2023/24 mövsümünün sonuna qədər yeni müqavilə imzalanıb.
Qeyd edək ki, razılaşmanın bir bəndində hər hansı bir klub Dembeleni 50 milyon avroya ala bilər.
Və sonda qaeyd edək ki, bu mövsüm 20 oyuna çıxan Dembele, beş qol vurub və yeddi məhsuldar ötürmə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB