Xersondan Türkiyəyə gələn ahıska türkləri Elazığda yerləşdirildilər

Xersondan Türkiyəyə gələn ahıska türkləri Elazığda yerləşdirildilər

Rusiya ilə müharibənin davam etdiyi Ukraynanın Xerson şəhərindən Türkiyəyə gələn 88 ahıska türkü məskunlaşacaqları Elazığa çatdılar. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Xarici İşlər Nazirliyi və Türkiyənin Rusiyadakı Səfirliyinin təşəbbüsü ilə Xersondan çıxan 84 ahıska türkü və onlara Rusiyadan qoşulan daha 4 ahıskalıdan ibarət karvan noyabrın 19-da Gürcüstandan Sarp sərhəd qapısından Türkiyəyə keçiblər. Ayın 20-də isə quru yolu ilə Elazığa gediblər.

Elazığ valisinin müavini Əbdülkərəm Abbasoğlu Xersondan təxliyə edilən ahıska türklərinin immiqrasiya idarəsinin koordinasiyası ilə sağ-salamat Elazığa gətirildiyini bildirib: “Son karvanla gələnlərlə birlikdə Elazığ Aşağıdəmirtaş Müvəqqəti Yerləşdirmə Mərkəzində ahıska türklərinin sayı 2551 nəfər oldu”.

Bütün xəbərlər Facebook səhifəmizdə