Beynəlxalq Atom Enerjisi Agentliyi şənbə günü axşam və bazar günü səhər saatlarında Zaporojye atom elektrik stansiyasının yaxınlığında ondan çox partlayış baş verdiyini açıqlayıb. Kritik sistemlər üçün heç bir təhlükə yoxdur. Ölən və yaralananlar barədə məlumat verilmir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya atəşə görə Ukraynanı günahlandırıb. Müdafiə Nazirliyi bildirib ki, mərmilərdən biri təzə nüvə yanacağı olan xüsusi binanın damına düşüb.
Ukraynanın “Enerqoatom”u bildirib ki, Rusiya qoşunları 5 və 6-cı enerji bloklarının işə salınması və Ukraynanın ehtiyacları üçün elektrik enerjisi istehsalının bərpası üçün zəruri olan infrastrukturu sıradan çıxarmaq məqsədilə AES-i atəşə tutub.
Yeri gəlmişkən, MAQATE bu hücumları qəbuledilməz adlandırıb. Onların arxasında kim dayanırsa, atışma dərhal dayandırılmalıdır, deyə təşkilat bildirib. “Sən odla oynayırsan!” - deyə təşkilatın rəhbəri Rafael Qrossi açıqlamasında vurğulayıb.
Xatırladaq ki, Zaporojye atom elektrik stansiyası martın əvvəlində rus qoşunları tərəfindən ələ keçirilsə də, Ukraynanın enerji təchizatı sisteminə bağlı qalıb.
Stansiyanın ərazisi dəfələrlə atəşə tutulub ki, bu da onun işinin dayanmasına səbəb olub. Rusiya və Ukrayna bir-birini atəşə tutmaqda ittiham edirdi.
Yeri gəlmişkən, MAQATE Moskvanı stansiyanın ərazisini boşaltmağa və qoşunlarını oradan çıxarmağa çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB