Qazaxıstanda seçicilərin 69,31 faizi iştirak edib

Qazaxıstanda seçicilərin 69,31 faizi iştirak edib

Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 20 noyabr 2022-ci il saat 20:00-a olan məlumata görə, vətəndaşların ümumi sayından 8 milyon 262 min 607 seçici bülleten alıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, seçicilərin ümumi fəallığı 69,31 faiz təşkil edib.

Ən çox seçici fəallığı Jetısu vilayətində olub - 81,43 faiz. Sonrakı yerdə Türküstan bölgəsi gəlir - 80,37 faiz. Ən aşağı seçici fəallığı Almatıda qeydə alınıb - 28,72 faiz. Astanada seçici fəallığı -48,67 faiz təşkil edib.

Ümumilikdə, MSK-nın ilkin məlumatlarına görə, 8 milyon 282 min 607 nəfər səs verib.

Qeyd edək ki, Qazaxıstanda 11,9 milyon seçici var. Siyahılara daxil edilmiş seçicilərin ümumi sayı 11 milyon 950 min 485 nəfərdir. Qanunda seçkilərin baş tutmuş kimi tanınması üçün minimum iştirak həddi yoxdur.

Beləliklə, Astana vaxtı ilə saat 20:00-da Qazaxıstanın əksər hissəsində seçki məntəqələri bağlanıb, bundan sonra səslərin hesablanmasına başlanmalıdır. Ölkənin qərbindəki seçki məntəqələri Astana vaxtı ilə saat 21:00-da bağlanmalıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə