İraq və Suriyanın şimalında hava əməliyyatı...

İraq və Suriyanın şimalında hava əməliyyatı...

İraq və Suriyanın şimalında həyata keçirilən “Pəncə-Qılınc” (Pençe-Kılıç) hava əməliyyatında 89 hədəf məhv edilib, aralarında qondarma başçıları da daxil olmaqla terror təşkilatının çox sayda üzvü zərərsizləşdirilib.

SİA xəbər verir ki,Türkiyə Milli Müdafiə Nazirliyindən verilən yazılı məlumatda bidlirilir: “Terroru mənbəyində məhv etmək strategiyası çərçivəsində İraq və Suriyanın şimalından xalqa və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədi ilə “Pəncə-Qılınc” hava hərəkatı başladıldı.

“Pəncə-Qılınc” hava hərəkatı İraqın şimalında terrorçuların Türkiyəyə hücum üçün baza kimi istifadə etdiyi İraqın şimalındakı Qəndil, Asos, Hakurk Suriyanın şimalındakı Arap bulağı, Tel Rıfat, Cizirə və Derik bölgələrində uğurla həyata keçirilib.

“Pəncə-Kilid” hava əməliyyatı ilə ölkəmizi, millətimizi və sərhəd təhlükəsizliyimizi təhdid edən terrorçulara aid sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, sursat anbarları, sözdə qərargah və təlim düşərgələrindən ibarət 81, 20 noyabr səhəri isə 8 olmaqla ümumilikdə 89 hədəf məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib.

Hava əməliyyatı ilə zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının sözdə idarəçiləri də var. Əsasən yerli və milli sursatların istifadə olunduğu əməliyyatdan sonra bütün Türkiyə ordusu təyyarələri sağ-salamat öz bazalarına qayıdıblar.

Soylu millətimizin qoynundan çıxan Türkiyə Silahlı Qüvvələri son terrorçu zərərsizləşdirilənə qədər ölkəmizin və millətimizin təhlükəsizliyi üçün terrorla mübarizəni qətiyyət və əzmlə davam etdirəcək”.

Terrora qarşı hava hərəkatlarını Türkiyənin vitse-prezidenti Fuad Oqtay, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Prezident Aparatının sözçüsü İbrahim Kalın, xarici işlər naziri Mövlud Çavuşoğlu, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik, Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun, ədliyyə naziri Bəkir Bozdağ, əmək və sosial müdafiə naziri Vedat Bilgin sosial media vasitəsilə də alqışlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə