Bu gün Gürcüstan hökumətinin binası yaxınlığında toplaşan yüzlərlə insan həbsdə olan eks-prezident Mixail Saakaşvilini xaricə müalicəyə aparmaq üçün hakimiyyətdən icazə tələb edib.
SİA-nın əldə etdiyi məlumata görə, yerli KİV-lər xəbər verir.
Meydana toplaşan Saakaşvilinin tərəfdarları, eləcə də həkimlər eks-prezidentin xaricdə ixtisaslı müalicəyə ehtiyacı olduğunu iddia ediblər. Mitinqdə Saakaşvilinin anası Giuli Alasaniya da iştirak edib.
Verilən xəbərlərə görə, sakit keçən mitinqdə, hələ ki, heç bir təxribat qeydə alınmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Qeyd edək ki, bundan əvvəl Saakaşviliyə ağır metal intoksikasiyası və zəhərlənmə kimi diaqnozlar qoyulmuşdu.
Amma bu versiya bu gün Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti tərəfindən rədd edilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB