Ruslar Ukraynaya qarşı təcavüzü dəstəkləyirlər

Ruslar Ukraynaya qarşı təcavüzü dəstəkləyirlər

Sonra da deyirsiniz ki, nə bilim, filan-beşməkan...

Budur, Rusiyalıların 75 faizi Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünü dəstəkləyir. Amma, deyim ki, Ukrayna da özünə təskinlik verir və onunla təsəlli tapmağa çalışır ki, guya bu, sadəcə olaraq, Kreml təbliğatının nəticəsidir. Amma...

Deməli, SİA Ukrayna saytlarına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitskin bildirib.

Burada maraqlısı bilirsiniz nədir, onun hərbçiyə xas olmayan utopik etirafı. Məsələn, ukraynalı hərbçi Kremlin siyasətinin Rusiya Federasiyasının bütün əhalisinin siyasəti olmadığını deyir.

“Baxmayaraq ki, bəzi hesablamalara görə, Rusiya əhalisinin 75 faizi Ukraynaya qarşı müharibəni dəstəkləyir. Bu, Kremlin uzun müddət, 10 ildən artıq apardığı təbliğatın nəticəsidir. Sovet İttifaqı dövründə də bu vəziyyəti, eyni təhlükəni gördük. Düşmən kimdir? Qərb. Bu eynidir. Yeni heç nə yoxdur”, -deyə Skibitski bildirib.

Bəli, əgər bu gün rusiyalıların 75 faizi Rusiyanın Ukraynada törətdiklərinə haqq qazandırırsa, mən əminliklə deyə bilərəm ki, yerdə qalan o 25 faiz milliyyətcə rus olmayanlardır.

Burada, rus yazarı Maksim Qorkinin bir fikrini xatırlamamaq olmur. O yazırdı ki, “rus milli xarakterinin əsas xüsusiyyəti qəddarlıqdır, hətta sadist qəddarlığıdır. Burada söhbət təkcə qəddarlıqdan deyil, psixikadan, insanların ruhundan gedir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə