İranda 58 uşaq öldürülüb

İranda etirazların ilk günündən indiyədə qədər 58 uşaq öldürülüb. SİA xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, İran hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində ölənlərdən 46-ı oğlan, 12-i qızdır. Onlardan 5-i azyaşlıdır.

Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranın bütün şəhərlərini kütləvi aksiyalar bürüyüb.

Bütün xəbərlər Facebook səhifəmizdə