Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda qisas əməliyyatı keçirib

Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda qisas əməliyyatı keçirib

Türkiyənin Milli Müdafiə Nazirlıiyi Suriya və İraqda terrorçuların bazalarına qarşı qisas əməliyyatına başlayıb. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirlıiyi məlumat verib. Bildirilir ki, terrorçuların mövqeləri nöqtəvi zərbə ilə məhv edilir.

Nazirlik qeyd edib ki, hava əməliyyatları PKK, KCK və YPG terrorçularının Türkiyəyə qarşı hücumları hazırladığı İraq və Suriyanın şimal ərazilərində keçirilir.

Əməliyyatlar BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun şəkildə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə