Boyu 174 santimetr və çəkisi üç kiloqramdan bir qədər çox olan oyuncaq ayı tənha qadınlar üçün hazırlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, oyuncağın müəllifləri Bolqarıstandan olan iş qadını Tonia Berdankova və qızı İna Marxolevadır. Ayı qadınlara emosional dəstək məqsədi daşıyır. “Loving Bear Puffy” adlı oyuncağın qiyməti 160 dollardır.
Bir neçə ay əvvəl geniş miqyasda istehsalına başlanan “Puffy” hazırda Skandinaviya ölkələrində və ABŞ-da xüsusilə məşhurdur. Onun uğuru bu ölkələrdə tənha insanların sayının artması ilə izah olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB