Avropa İttifaqı Sahel bölgəsində münaqişənin həlli üçün Nigerdə sülhməramlı missiyanın yerləşdirilməsi imkanını nəzərdən keçirir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, qərar dekabrın ortalarında verilə bilər.
Gələn il missiyanın bölgəyə göndəriləcəyi gözlənilir. Onun mandatının ilkin olaraq üç il müddətində nəzərdə tutulduğu bildirilir.
Missiyanın məqsədi Niger silahlı qüvvələrinə təlim keçmək, hərbi qurumları dəstəkləmək və silahlarla təmin etmək olacaq.
Missiya üçün vəsaitin Avropa Sülh Fondundan ayrılacağı qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB