Avropa İttifaqı (Aİ) Şimali Koreyanın qitələrarası ballistik raket sınağını pisləyib. SİA xəbər verir ki, bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.
Aİ Pxenyanın silah proqramının dünyanı təhdid etdiyini bildirib.
“Avropa İttifaqı noyabrın 18-də Yaponiyanın eksklüziv iqtisadi zonasına düşən KXDR-in qitələrarası ballistik raketin buraxılışını qətiyyətlə pisləyir. Pxenyanın kütləvi qırğın silahları üçün daşınma vasitələrinin yaradılması üzrə səyləri bütün ölkələri təhdid edir", - Aİ-nin bəyanatında qeyd olunur.
Təşkilat vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı artan təhlükəni aradan qaldırmaq üçün lazımi cavab verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB