Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək. SİA TASS-a istinadla xəbərinə görə, ali kürsü uğrunda 6 namizəd mübarizə aparır. Hazırki dövlət başçısı Kasım-Jomart Tokayev də namizədlər arasında yer alır.
Qazaxıstanda növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi. Lakin sentyabrın birində Tokayev parlamentə müraciət edərək növbədənkənar seçkilərə getməyi təklif edib. Gələn ilin ilk yarısında növbədənkənar parlament seçkilərinin keçirilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB