"Terrorda yaralanan 71 nəfər evə buraxıldı" - Fahrettin Koca

"Terrorda yaralanan 71 nəfər evə buraxıldı" - Fahrettin Koca

İstanbulun İstiqlal küçəsində törədilən terrorda yaralanan 71 nəfər evə buraxılıb. SİAxəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca rəsmi tviter hesabında yazıb.

O, bildirib ki, İstiqlal küçəsində törədilən terror aktı nəticəsində yaralanan 81 nəfərdən 71-i evə buraxılıb:

“8 yaralının müalicəsi davam etdirilir. 2 xəstə isə hazırda reanimasiyadadır”.

Bütün xəbərlər Facebook səhifəmizdə