Britaniyanın Ukraynaya hərbi yardımının məbləği üç milyard funt-sterlinqi (3,57 milyard dollar) keçib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib. Onun dediyinə görə, təkcə bu il biz Ukraynaya üç milyard funt-sterlinqdən çox hərbi yardım göstərmişik və hərbi yardım göstərməyə davam edəcəyik.
Sunak qeyd edib ki, ölkə Ukraynaya güvənməli olduğu sülh və təhlükəsizliyə nail olana qədər yardım göstərməyə davam edəcək.
Baş nazirin sözlərinə görə, Britaniya Ukraynaya yeni hərbi yardım göndərməklə yanaşı, ukraynalı hərbi həkim və mühəndislərin təlimini də davam etdirəcək. London həmçinin Kiyevə hərbi və humanitar yardım üçün 16 milyon funt sterlinqdən (19 milyon dollar) çox qış avadanlıqları bağışlayacaq.
Qeyd edək ki, bir müddət bundan əvvəl Böyük Britaniyanın Ukraynaya 125 zenit silahı verəcəyi də deyilirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB