Estoniya Ukraynaya avtobuslar və elektrik generatorları bağışlayır
Estoniya Xarici İşlər Nazirliyi avtobuslar və elektrik generatorları bağışlamaqla Kiyevə kömək etmək niyyətində olduğunu açıqlayıb.
SİA bu barədə rus saytlarına istinad edir.
“Xarici İşlər Nazirliyi, İqtisadiyyat və Rabitə Nazirliyi, Nəqliyyat Departamenti ilə birlikdə Ukraynada nəqliyyat əlaqələrini bərpa etmək və ukraynalıların həyat şəraitini yaxşılaşdırmaq üçün bu ölkəyə 27 şəhər avtobusu, həmçinin 13 elektrik generatoru göndərəcək”.
Bu, Estoniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Kiyevə təkcə hərbi deyil, həm də humanitar yardımın göstərilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu yolla Tallin ukraynalılara gündəlik işlərinin öhdəsindən daha yaxşı gəlməyə kömək edir.
Bundan əvvəl Polşa respublikanın sərhədində nəzarət-buraxılış məntəqələrinin təşkili və mühafizəsi üçün Ukraynaya kredit məbləğini 160 milyon avroya qədər artırıb. Onu da qaeyd edək ki, bu kredit üzrə işlərin görülməsi üçün 2022-ci il dekabrın 31-dək deyil, 2024-cü il dekabrın 31-dək müqavilələr bağlamaq mümkün olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB