Xersonda güclü yanğın başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Karantinnı adasındakı gəmiqayırma zavodunun ərazisində başlayıb. Özü də elə öz özündən. Yox, ruslar buraları “öz əraziləridir” deyə atəşə tutmayıblar. Sadəcə olaraq, yanacaq-sürtkü anbarında partlayış baş verib və bundan sonra isə yanğın başlayıb. Rus saytlarının yazdığına görə, hətta bununla bağlı rus səlahiyyətlilərinin əllərində dəyərli sübutlar da var.
Qeyd edək ki, bundan bir müddət əvvəl Xerson administrasiyası Ukrayna hakimiyyətini şəhəri humanitar fəlakətə gətirməkdə ittiham edib. Onu da qeyd edək ki, hazırda şəhərdə işıq, su, istilik və qaz yoxdur. Bundan əlavə, şəhərdə dərman və ərzaq çatışmazlığı var.
Xatırlatma: Noyabrın əvvəlində Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu xüsusi əməliyyat zonasında Rusiya qoşunlarının birləşmiş qrupunun komandiri general Sergey Surovikinin məruzəsindən sonra qoşunların Xersondan Dnepr çayının sol sahilinə çıxarılması barədə göstəriş vermişdi.
Surovikin artmaqda olan atəş təhlükəsi və Kaxovskaya su elektrik stansiyasının dağıdılması fonunda Dnepr çayının qərb sahilində yerləşən şəhəri tərk etmək və çayın şərq sahili boyunca müdafiəyə başlamağın vacibliyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB