Kuzbassdan səfərbər olanlar köçürüldükləri çadırlarda həyat şəraitinin pis olmasından şikayətləniblər. Hərbçilər Omskdakı 83444 saylı hərbi hissənin poliqonundadırlar. SİA-nın əldə etdiyi məlumata görə, fotonu “Incident-Kuzbass” teleqram kanalı yayıb.
“Xahiş edirəm, bunu ictimailəşdirəsiniz. Anonim. Mən Kuzbassdan səfərbər olunmuşam, Omskdayam, bu gündən bizi kazarmadan belə şəraitli çadırlarda yaşamağa köçürürlər”, - foto müəllifi yazıb.
Çadırdan çəkilmiş videonu Baza telegram kanalı yayıb. “Yataqlar qırılıb, hər şey qırılıb, sidik qoxusu gəlir, soba ümumiyyətlə yoxdur və bu gün çöldə mənfi 25 dərəcə şaxta var”, - deyə səfərbər olanlardan biri deyir.
Qeyd edək ki, video artıq sosial şəbəkələrdə yayılıb. Onu anonimlik şərti ilə Kuzbassdan səfərbər olunan biri göndərib. İlkin məlumata görə, video Omsk hərbi hissələrindən birinin poliqonunda çəkilib. Çadırın çox soyuq olduğu və bütün sobaların xarab olduğu bildirilir.
Yeri gəlmişkən, noyabrın 18-də Tomsk vilayətindən səfərbər olunanlar da komandanlığın hərəkətlərini tənqid etmişdilər. Onlar iddia edirdilər ki, lazımi təlim keçmədən onları aldadılıb başqa bölmələrə göndərilirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB